Manqo yoxsa şaftalı?
A, C, E vitaminləri, kalium, maqnezium, dəmir, kalsium, fosfor və mis ilə zəngin olan manqo “meyvələrin kralı” hesab olunur. Çox ətirli, şirəli meyvə olan manqonun tüksüz şaftalıya bənzədiyini deyə bilərik. Bu meyvənin populyarlığı təbii ki, onun ləzzətli dadı ilə yanaşı, həm də qida dəyəri ilə bağlıdır.Şaftalı yay aylarında ən çox yeyilən şirəli meyvələrdən biridir. O vitamin baxımından çox zəngindir. Tərkibində A və C vitaminləri var. Həmçinin B6, B2, B3, B9, B5, B1 kimi digər vitaminlərlə də zəngindir. Bundan başqa kalorisi az, tərkibində yağ olmayan, qida dəyəri çox olan meyvə növüdür.