Soyuq çay arıqladırmı?
İsveçrə Araşdırma İnstitutunun mütəxəssisləri 23 sağlam gənc üzərində araşdırma aparmışdır. Araşdırma zamanı isti və soyuq çayın insan bədənində təsirləri müəyyənləşdirilmişdir.Araşdırma zamanı gənclərə içməsi üçün həm soyuq çay, həm də isti çay verilmişdir. Gənclərə verilmiş içkilərdən isti çayın tempraturu 55°, soyuq çayın temprtaturu isə 3° olmuşdur.
Son nəticələrə baxıldıqda isə həmin gənclərin bədən tempraturu, ürək döyüntüsü, qan təzyiqi nəzərə alınaraq soyuq çay içənlərin daha çox enerji yandırdığı və bu səbəbdən soyuq çayın arıqlamağa daha çox dəstək olduğu nəticəsinə gəlinmişdir.